azturkxeber.az
http://azturkxeber.az

Ukrayna və Rusiya arasında 9-cu dəfə əsir mübadiləsi həyata keçirilib

24-07-2025

İyulun 23-də Ukrayna və Rusiya arasında əsir mübadiləsinin növbəti mərhələsi keçirilib. Bu, İstanbulda əvvəlki razılaşmalar çərçivəsində doqquzuncu mübadilədir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Zelenski yazıb: “Bu gün İstanbulda razılaşdırılan əsir mübadiləsinin 9-cu mərhələsi baş tutub”.

Prezidentin sözlərinə görə, ağır xəstə və yaralı müdafiəçilər evlərinə qayıdırlar.

"Bu gün geri qayıdan əsgərlər cəbhənin müxtəlif istiqamətlərində Ukraynanı müdafiə ediblər. Əhəmiyyətli hissəsi üç ildən artıq əsirlikdə olub. Hər kəs lazımi dəstək və tibbi yardım alacaq", deyə Prezident bildirib.

Xatırladaq ki, bu ilin mayında İstanbulda keçirilən danışıqların birinci raundunda Ukrayna və Rusiya “1000-ə 1000” formatında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031