azturkxeber.az
http://azturkxeber.az

Səudiyyə Ərəbistanı Suriyaya 6 milyard dollardan çox investisiya qoyacaq

24-07-2025

Səudiyyə Ərəbistanı Suriyaya 6 milyard dollardan çox investisiya qoyacaq

Cümə axşamı, iyulun 24-də Dəməşqdə Suriya-Səudiyyə İnvestisiya Forumu işə başlayıb. Bu tədbir çərçivəsində milyardlarla dollar dəyərində müqavilələrin imzalanacağı gözlənilir.

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi Krallığın yüksəksəviyyəli nümayəndə heyəti vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında Suriyanın yenidən qurulmasına kömək səyləri çərçivəsində başlayan forumda iştirak etmək üçün çərşənbə günü Dəməşqə gəlib.

Əl-Falih jurnalistlərə müsahibəsində bildirib ki, Suriya ilə dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalanacaq.

Səudiyyə Ərəbistanın naziri Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın iştirakı ilə keçirilən forumun açılış mərasimində bildirib ki, nümayəndə heyətinin səfəri Ər-Riyadın Dəməşqə dəstəyini nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031