azturkxeber.az
http://azturkxeber.az

Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən növbəti sülh danışıqları başa çatıb

24-07-2025

İyulun 23-də İstanbulda keçirilən Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başa çatıb. Toplantı Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə baş tutub.

Görüşdən sonra hər iki heyət mətbuata açıqlama verib.

Ukrayna heyəti açıqlamasında onlar üçün prioritetin liderlər arasında görüş olduğunu bildirib. ABŞ və Türkiyə prezidentlərinin bu görüşdə iştirakının son dərəcə dəyərli olacağı vurğulanıb.

Toplantıda üç ildən artıq müddətdə əsir saxlanılan şəxslərin azad edilməsi tələbi qəbul olunub.

Ukrayna tərəfi bildirib ki, diplomatiyanı sülhün yeganə yolu olaraq görür. Bunun üçün hücumların tamamilə dayandırılması vacibdir. Sülh danışıqlarına göstərilən dəstək üçün Türkiyəyə minnətdarlıq ifadə edilib. Rusiya tərəfinin də konstruktiv və real yanaşma sərgiləməsi vacib hesab olunub. Əhatəli və qeyd-şərtsiz atəşkəsi diplomatiyanın əsası kimi qiymətləndirilib.

Rusiya tərəfi açıqlamasında ən qısa zamanda azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə olunduğunu bildirib.

Qeyd edilib ki, görüşdə döyüşlər nəticəsində evlərini tərk edən mülki şəxslərin mübadiləsi məsələsi də müzakirə edilib. Rusiya, Ukrayna tərəfinə həlak olmuş şəxslərin meyitlərini toplamaq üçün ön cəbhədə qısamüddətli atəşkəs təklif edib. Ukrayna tərəfi isə Putin və Zelenski arasında avqust ayının sonuna qədər görüşməsini istəyib.

Rusiya tərəfi bunun üçün ilk növbədə müəyyən razılığın əldə olunamsının vacibliyini vurğulayaraq, əks təqdirdə görüşün heç bir əhəmiyyətinin olmayacağını deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031