Markus Reşford "Barselona"ya keçib
İspaniyanın "Barselona" komandası heyətinə yeni futbolçu cəlb edib.
Kataloniya təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu icarə əsasında birillik heyətinə qatıb.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.