azturkxeber.az
http://azturkxeber.az

İsveçrə köhnə bunkerləri istifadəyə qaytarır

24-07-2025

İsveçrə köhnə bunkerləri istifadəyə qaytarır

İsveçrə ordusu uzun illər istifadəsiz qalmış müharibə dövrünə aid bunkerləri yenidən aktivləşdirir. Həmin bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək üçün texnoloji şirkətlərlə, tədqiqatçı və startaplarla əməkdaşlığa başlanılıb. Məqsəd innovativ və səmərəli yollarla bu obyektləri yenidən istifadə etməkdir.

İsveçrə Texnologiya və Silahlı Qüvvələr Şirkəti sentyabr ayının ortalarında "İnnovasiya Günü" təşkil etməyi planlaşdırır. Həmin tədbirdə qeyd olunan məsələ barədə daha ətraflı məlumat veriləcək və iştirakçılar öz ideyalarını təqdim edə biləcəklər.

Qeyd edək ki, İsveçrə ərazisində 1990-cı illərdən istifadəsiz qalmış təxminən 8 min bunker var. Bu bunkerlərin bəziləri 1886-cı ildən mövcuddur. Onların bir çoxu strateji nöqtələr, məsələn, Sent-Qotard dəmir yolu və Alp keçidləri üzərində qurulub. Bu bunkerlər ölkənin müdafiə sisteminin tərkib hissəsidir, II Dünya müharibəsində və soyuq müharibə dövründə mümkün işğallara qarşı əsas dayaq rolunu oynayıb. Soyuq müharibə dövründən sonra isə bu bunkerlərin əksəriyyəti müdafiə əhəmiyyətini itirib, bir çoxları özəl sektora satılıb. 2023-cü ildə isə İsveçrə ordusu bunkerlərin satışını tamamilə dayandırıb. Ordu bunkerləri yüksək texnologiyalı, az sayda işçi ilə idarə olunan və hücuma qarşı dayanıqlı müdafiə qovşaqlarına çevirmək niyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031