İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana dəvət edilib
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Prezident İlham Əliyevin dəvət məktubunu İƏT-in Baş katibi Hissein Brahim Tahaya təqdim edib.
Baş katib dəvət məktubunu məmnuniyyətlə qəbul edib və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


