azturkxeber.az
http://azturkxeber.az

“Hayduk”un baş məşqçisi: Qarşımızda çox güclü və təhlükəli rəqib var idi

24-07-2025

“Hayduk”un baş məşqçisi: Qarşımızda çox güclü və təhlükəli rəqib var idi

Çətin qarşılaşma alındı. Oyuna yüksək motivasiya ilə başladıq, lakin “Zirə” ilk fürsətdə bizi məyus etdi.

Bu sözləri Xorvatiyanın "Hayduk" komandasının baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ümumi nəticədən məmnun olduğunu bildirib: “İkinci hissədə oyunun ritmini daha çox biz müəyyənləşdirirdik. Hesabı bərabərləşdirdik və əlavə imkanlarımız da oldu. Ümumi nəticədən məmnunam. Qarşımızda çox güclü və təhlükəli rəqib var idi. Müdafiədən hücuma keçiddə sürətlidirlər, pressinq tətbiq edirlər və heyətlərində keyfiyyətli futbolçular yer alır”.

Komandalar arasında cavab görüşü isə iyulun 30-da təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031