azturkxeber.az
http://azturkxeber.az

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

24-07-2025

İyul ayının 24-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Mərasimdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilmişdir.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içmişlər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etmişlər.

Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin hərbi, siyasi qüdrəti daha da artır, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Azərbaycan sərhədçisi bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla yerinə yetirir.

Gənc sərhədçilərin valideynləri övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçımıza və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olmuş, xidmətdə fərqlənən hərbi qulluqçular təltifləndirilmişlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031