azturkxeber.az
http://azturkxeber.az

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı tanıdılıb

24-07-2025

Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”də Azərbaycan pavilyonunda ölkənin turizm potensialı təqdim edilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub.

Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib.

Pavilyonun “Yeddi Gözəl” konsepsiyasına uyğun olaraq Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın yeddi marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan milli pavilyonu “Expo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven Bridges for Sustainability”) mövzusunu əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031