azturkxeber.az
http://azturkxeber.az

Diabet xəstələri qidalanmaya xüsusi diqqət yetirməlidirlər

24-07-2025

Diabet xəstələri qidalanmaya xüsusi diqqət yetirməlidirlər

Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır.

Şəkər xəstələri qidalanma zamanı bir sıra şərtlərə əməl etməlidirlər:

- Karbohidrat qəbulunu nəzarətdə saxlamaq;

- Doymuş yağ qəbulunu azaltmaq;

- Şirin içkilərdən uzaq durmaq;

- Duz istehlakını 2300 mg-a salmaq;

- Spirtli içkilər istehlak etməmək.

Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar.

Mövzu ilə bağlı hazırlanan videoçarxla linkdə tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031