azturkxeber.az
http://azturkxeber.az

BMT katibliyi Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT-nin rəsmi sənədləri kimi yayıb

24-07-2025

BMT katibliyi Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT-nin rəsmi sənədləri kimi yayıb

BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

İcmanın bununla bağlı bəyanatında deyilir: “Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə olunması istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031