azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan səfiri Mərakeşin nəqliyyat və logistika naziri ilə görüşüb

24-07-2025

Azərbaycan Respublikasının Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov 2025-ci il iyulun 23-də Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh ilə görüşüb.

Görüş zamanı diqqət mərkəzində Azərbaycan və Mərakeş arasında hökumətlərarası komissiyanın son iclası çərçivəsində imzalanmış logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti olunub. Tərəflər sənədin reallaşdırılması üçün müvafiq qurumlar arasında işçi qrupun yaradılması və atılacaq növbəti addımlar müzakirə edilib.

Bununla yanaşı, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi qeyd olunub, birbaşa hava reyslərinin açılması ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Görüş çərçivəsində, həmçinin Azərbaycan və Mərakeşin regional və beynəlxalq nəqliyyat layihələrində fəal iştirakı vurğulanıb, bu sahədə mövcud potensial və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031