azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatında yarımfinala yüksəlib

24-07-2025

Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

Yarışda ölkəmizi ötən mövsüm Azərbaycan Tələbə Liqasının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Komandamız 1/4 final mərhələsində Fransa yığmasını 5:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031