azturkxeber.az
http://azturkxeber.az

Almaniya və Fransa yeni nəsil döyüş təyyarələrinin istehsalına dair müzakirələri avqustun sonunadək başa çatdırmaq istəyir

24-07-2025

Almaniya və Fransa yeni nəsil döyüş təyyarələrinin istehsalına dair müzakirələri avqustun sonunadək başa çatdırmaq istəyir

Almaniya və Fransa "Eurofighter" - "Rafale" döyüş təyyarələrini əvəzləyəcək beşinci nəsil qırıcıların istehsalı ilə bağlı müzakirələri avqustun sonunadək başa çatdırmaq istəyir.

Bu məsələ ötən gün Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron arasında görüşdə də müzakirə olunub.

İspaniyanın da iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilən 100 milyard avroluq beşinci nəsil döyüş təyyarəsi layihəsində müəlliflik hüquqları, ölkələrin istehsal prosesində pay bölgüsü ilə bağlı müzakirələr davam edir. Fridrix Merts və Emmanuel Makronun görüşündə müdafiə nazirlərinə bu istiqamətdə yol xəritəsini hazırlamaq və təklifləri avqustun sonunadək təqdim etmək barədə göstəriş verildiyi bildirilib.

2040-cı ildən etibarən "Rafale" və "Eurofighter" təyyarələrini əvəzləyəcək yeni qırıcıların Fransada "Dassault", Almaniyada "Airbus", İspaniyada "Indra" şirkətləri tərəfindən istehsal olunması nəzərdə tutulur.

Mübahisəli məsələlər arasında Fransanın iş həcminin 80 faizini üzərinə götürmək istəyinə alman müdafiə sənayesi təmsilçilərinin etiraz etməsi, Parisin qırıcıların üçüncü ölkələrə ixracına hər dəfə Almaniyanın razılıq verməsi məsələsinə birmənalı yanaşmaması yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031