Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək.
“Açıq qapı” günü 29 iyul 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcək.