azturkxeber.az
http://azturkxeber.az

Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam

23-07-2025

Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm

konsert proqramı təqdim olunub.

Rəsmilərin, Şuşa sakinləri və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər.

Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə yekun vurulub.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031