azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Culfa rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

23-07-2025

İyulun 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, muxtar respublikda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri Culfa rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda yol infrastrukturunun yenilənməsi istiqamətində layihələr reallaşdırılıb və bu sahədə işlər növbəti mərhələdə də davam etdiriləcək, məntəqələrarası və kənddaxili yollar yenidən qurulacaq.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verən səlahiyyətli nümayəndə Culfa şəhərinin yeni Baş planının hazırlandığını diqqətə çatdırıb.

Görüşdə sakinlərin problem və təklifləri dinlənilib, məşğulluq, su, yol infrastrukturu, yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və digər sahələrlə bağlı mövcud çatışmazlıqlar müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031