azturkxeber.az
http://azturkxeber.az

Prezidentin xalqın qalib statusuna çatmasında rolu

23-07-2025

Azərbaycanın mədəni mərkəzlərindən biri olan Xankəndi şəhərində iyulun 19-dan 21-dək III Şuşa Qlobal Media Forumu keçirildi. Üçüncü dəfədir belə bir nüfuzlu tədbir Qarabağda keçirilir və Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Foruma qatılan qonaqların, media qurumlarının sayı hər il artır. Bu onu deməyə əsas verir ki, beynəlxalq media qurumları Şuşa Qlobal Media Forumuna böyük əhəmiyyət verir və Forumda müzakirəyə çıxarılan mövzular dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. III Şuşa Media Forumuna 52 ölkədən 140 qonaq, o cümlədən 30-a yaxın informasiya agentliyi, 80 media qurumlarının təmsilçiləri qatılmışdılar.

Şuşa Qlobal Media Forumu göstərdi ki, dünyada baş verən hadisələrə mehriban şəraitdə açıq müzakirələrə böyük ehtiyac var.

Bu gün dünyada hadisələr sürətlə inkişaf edir, bu baxımdan media ilə yanaşı qlobal məsələlər də ən aktual mövzu kimi qeyd olunur.

Forumda çıxış edən Prezident cənab İlham Əliyev tədbirdə iştirak edən media qurumlarının nümayəndələrinin müxtəlif sahələri əhatə edən suallarını açıq şəkildə cavablandırdı. Ölkə başçımız Azərbaycan dövlətinin xarici siyasətinin əsas mahiyyətinin dövlətlərin müstəqilliyi və ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğuladı. Prezidentimiz çıxışında tək regionda deyl, beynəlxalq müstəvidə gedən prosesləri analiz və təhlil edərkən, dünya ictimaiyyəti bir daha dövlət başçımızın böyük siyasi xadim, güclü diplomat olduğunun şahidi oldu. Prezident cənab İlham Əliyev dünya tarixində nadir rast gəlinən böyük salnamə yaratdı. Liderimiz yüksək siyasi, diplomatik, komandanlıq bacarığı və onun ətrafında birləşən xalqımıza qüvvənərək 30 il işğal altında qalan torpaqlarımızı tamamilə işğaldan azad etdi. Cənab İlham Əliyev hərbi, siyasi meydanda olduğu kimi informasiya məkanında da Azərbaycan xalqının qalib xalq olduğunu nümayiş etdirir. Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasət düşükləri ölkə başçımızın xidmətlərinə qara yaxmağa çalışır. Bu məxluqlar gözlərini, qulaqlarını açıb baxsınlar, eşitsinlər və dərk etsinlər ki, cənab İlham Əliyev böyük siyasətçidir. Bir sıra Avropa liderləri Prezidentimizə qibtə etdiklərini və ondan çox şeylər öyrəndiklərini etiraf edirlər. Bir dövlət başçısının ən böyük uğuru və xoşbəxt olması öz xalqını qalib xalqa çevirməsidir. Bəli, Prezidentimiz öz xalqını dünyaya qalib, Müzəffər xalq kimi tanıtdı və bir övlad kimi də xoşbəxtdir ki, həm də ata vəsiyyətini yerinə yetirdi.

Bu kiçik yazımda qeyd etdiklərim şəxsiyyətə pərəstişlik deyil, xalqını, dövlətini yüksəkliklərə qaldıran böyük şəxsiyyət haqqındadır. lll Şuşa Qlobal Media Forumundan sonra tədbirdə iştirak edən nüfuzlu media orqanlarının nümayəndələri, siyasi şərhçilərin, analitiklərin ölkə başçımız haqqında söylədikləri yüksək müsbət fikir və rəyləri hər bir Azərbaycanlıda qürur hissi yaradır və bir sıra Avropa xalqları İlham Əliyev kimi güclü liderinin olmasını arzulayır.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031