DİN: 26 minə yaxın çətənə kolu məhv edilib
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ötən gün ümumi çəkisi 22,6 tondan artıq 25 min 883 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu istiqamətdə tədbirlərin davam etdirildiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: