azturkxeber.az
http://azturkxeber.az

Seymur Məmmədovdan Tarixi Nailiyyət – Avropa Çempionatında Gümüş Medal!

22-07-2025

18-21 iyul 2025-ci il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan Bilyard Federasiyası üçün xüsusi əhəmiyyət daşıyan bir hadisə baş verdi. Federasiyamızın prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov 115 idmançının qatıldığı və 16 ölkənin təmsil olunduğu bu nüfuzlu turnirdə möhtəşəm oyun nümayiş etdirərək 2-ci yerə layiq görüldü.

Bu uğur təkcə şəxsi deyil, həm də milli bilyardımızın inkişafının bariz nümunəsidir. Turnirdəki yüksək rəqabətə və çətin oyunlara baxmayaraq, Seymur Məmmədov iradəsi, təcrübəsi və dəqiq zərbələri ilə adını finala yazdırmağı bacardı.

Qeyd etmək lazımdır ki, Seymur Məmmədov təkcə federasiya prezidenti olaraq deyil, həm də meydanda əsl idmançı kimi öz gücünü və nüfuzunu nümayiş etdirdi. Onun liderliyi ilə Azərbaycan Bilyard Federasiyası son illər ərzində böyük inkişaf yolu keçib və beynəlxalq arenada öz sözünü deməyə başlayıb.

Bu nailiyyət Azərbaycan bilyardının artıq regional deyil, beynəlxalq səviyyədə söz sahibi olduğunu sübut edir. Federasiya olaraq, Seymur Məmmədovu səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda ona və bütün komandamıza yeni uğurlar arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031