azturkxeber.az
http://azturkxeber.az

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

18-07-2025

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Suriyada baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını qeyd edərək Türkiyənin Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsini, eləcə də bu ölkənin tezliklə dirçəlməsini hədəflədiyini vurğulayıb.

Prezident Ərdoğan, həmçinin bildirib ki, Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqların başlanması mühüm əhəmiyyət daşıyır və uyğun tarixlər müəyyənləşdirildiyi təqdirdə Türkiyə bu danışıqlara İstanbulda ev sahibliyi etməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031