Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib
İyulun 18-də AMEA-nın Rəyasət Heyəti, Səhiyyə Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, ictimai-siyasi xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 10 iyun tarixli Sərəncamını diqqətə çatdırıb.
Akademik bildirib ki, respublikada cərrahlıq elmi məktəbinin banilərindən olan akademik Mustafa Topçubaşov çoxşaxəli fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaradıb. AMEA rəhbəri görkəmli alimin ölkəmizdə kadr hazırlığı işinə də xüsusi diqqət yetirdiyini qeyd edib.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və digər çıxış edənlər akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətindən söz açıblar.
Tədbirdə akademik Mustafa Topçubaşova həsr edilmiş film nümayiş olunub.