azturkxeber.az
http://azturkxeber.az

BMU-nun müəllim-tələbə heyəti üçün Çində təşkil olunan mübadilə proqramı başa çatıb

15-07-2025

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunmuş yay mübadilə proqramı başa çatıb.

Universitetdən bildirilib ki, BMU-nun 46 nəfərdən ibarət nümayəndə heyətinin mübadilə proqramında iştirakı müəllim və tələbələrin peşəkar inkişafına, qlobal baxışlarının genişlənməsinə, eyni zamanda, mədəniyyətlərarası dialoqun və dostluğun möhkəmlənməsinə töhfə xarakteri daşıyıb.

Proqramın bağlanış mərasimində açılış nitqi ilə çıxış edən PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin dekan müavini Yu Yue tədbirin beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyətini vurğulayıb. Ardınca proqram müddətində həyata keçirilmiş fəaliyyətlərə dair videoçarx nümayiş etdirilib.

Tədbirdə PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin rəhbəri Li Qifang və BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül çıxış edərək iki ali məktəb arasında bu il təməli qoyulmuş əməkdaşlığın - kimya, kompüter, mexanika mühəndisliyi ixtisasları üzrə cari tədris ilindən etibarən həyata keçiriləcək 2+2 modeli üzrə ikili diplom proqramının elmi-tədris əlaqələrini möhkəmləndirəcəyinə inamlarını ifadə edib və mübadilə proqramında əldə olunan nəticələrdən danışıblar.

Sonra proqramın iştirakçısı, BMU tələbəsi Aysu Cəbrayılova Çin təhsil sistemi, universitetlərin tədqiqat imkanları ilə bağlı fikirlərini, eləcə də Çin mədəniyyəti haqqında xoş təəssüratlarını bölüşüb.

Bağlanış mərasiminin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, PKTU ilə BMU arasında əməkdaşlıq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən 4-cü (Keyfiyyətli təhsil) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətləri dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031