İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub
İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub.
Kişi tennisçilər arasında keçirilən final oyununda Yannik Sinner son iki ilin son çempionu və dünya sıralamasında ikinci pillədə qərarlaşan ispaniyalı Karlos Alkarasla qarşılaşıb. İtaliyalı tennis ustası rəqibini dörd setdə 4-6, 6-4, 6-4, 6-4 hesabı ilə məğlub edib.
Hazırda dünya sıralamasında ilk pillədə qərarlaşan Yannik Sinner “Uimbldon”da qalib gələn ilk italiyalı tennisçi olub.