3x3 qadın millimiz Buxarest mərhələsinin yarımfinalında!
13 iyul 3x3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Buxarest mərhələsinin 1/4 final oyununa çıxıb. Qızlarımız güclü Çin millisinə 21:17 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda qızlarımızın rəqibi yerli "Rapid Buxarest" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:50-də start götürəcək.