azturkxeber.az
http://azturkxeber.az

Ordubadda “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq ediləcək

08-07-2025

Ordubadın yenilənən baş planının əsas istiqamətlərindən biri də infrastrukturun müasirləşdirilməsidir. Bu çərçivədə yolların genişləndirilməsi, yeni ictimai nəqliyyat xətlərinin yaradılması və piyada əlçatanlığının artırılması xüsusi yer tutur. Layihədə “15 dəqiqəlik şəhər” konsepsiyasının tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya əsasən, şəhər sakinləri yaşadıqları ərazidən uzaqlaşmadan – maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən istifadə edə biləcəklər.

Layihəni icra edən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest bu barədə bir sıra vacib məqamlara toxunub. Onun sözlərinə görə, planlamada əsas məqsədlərdən biri şəhərdə hərtərəfli əlçatanlığın təmin olunmasıdır:

“Ən önəmli faktorlardan biri odur ki, insanlar yaşadıqları yerdə piyada istədikləri xidmətlərə çata bilsinlər. Məhəllələrə, müxtəlif ərazilərə rahatlıqla, həmçinin velosipedlə hərəkət etmək mümkün olacaq. Layihədə yavaş hərəkət zolaqları (slow traffic lanes) da nəzərdə tutulur. Yeni ictimai nəqliyyat xətləri yaradılaraq həm şəhər daxilində, həm də dəmiryolu stansiyasına sərnişin axını təmin olunacaq. Bütün sistem bir-biri ilə əlaqəli şəkildə qurulacaq ki, insanlar yalnız avtomobildən istifadə etməyə məcbur qalmasınlar.”

Hazırlanan plan Ordubadda həm dayanıqlı şəhərsalmanın təmin olunmasına, həm də ekoloji baxımdan daha sağlam mühitin formalaşmasına töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031