azturkxeber.az
http://azturkxeber.az

Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

08-07-2025

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində hüquqi maarifləndirmə və ödənişsiz hüquqi yardım tədbiri təşkil olunub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə, “Yurdumuza Qayıdırıq” devizi altında keçirdiyi tədbirdə məqsəd keçmiş məcburi köçkünlərin hüquqi biliklərini artırmaq və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılması olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov tədbirdə çıxış edərək bildirib ki, keçmiş məcburi köçkünləri reinteqrasiya və yenidənqurma proseslərində fəal iştiraka təşviqində hüquqi maarifləndirmə tədbirlərinin vacib rolu vardır. O, dövlət tərəfindən məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.

Tədbir zamanı vətəndaşlarla fərdi hüquqi konsultasiyalar aparılıb, 100-ə yaxın şəxsin əmlak hüquqları, sosial müdafiə, güzəşt və kompensasiya mexanizmləri ilə bağlı müraciətləri yerində cavablandırılıb.

Hüquqi yardım aksiyasında iştirak edən vəkil Şəlalə Tağıyeva qeyd edib ki, bu təşəbbüs çərçivəsində vəkillər tam könüllü şəkildə fəaliyyət göstərir. O, həmçinin vurğulayıb ki, hüquqi yardım aksiyaları təkcə keçmiş məcburi köçkünlər deyil, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün də mütəmadi olaraq həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031