azturkxeber.az
http://azturkxeber.az

İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir – Videoreportaj

08-07-2025


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərinin su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yeniləmə işləri həyata keçirir.

Bu çərçivədə Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.

Sutikinti Müəssisəsinin sahə rəisi Anar Şahməmmədov görülən işlərlə bağlı məluat verərək bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ deyilən ərazidə 1220 millimetrlik polad borunun istismara yararsız olan hissəsinin dəyişdirilməsinə başlanılıb. Həmin hissənin inşasının yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.

Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031