Gəncədə 18 yaşlı oğlan bıçaqlandı
İyulun 8-də, saat 00:10 radələrində 2007-ci il təvəllüdlü R.Xəlilov bıçaq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Ona döş qəfəsinin ön hissəsi və sağ baldırın deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Cərrahiyyə şöbəsində davam edir.
Hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Faktla bağlı araşdırma aparılır.