azturkxeber.az
http://azturkxeber.az

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

08-07-2025

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ölkəmizdə səfərdə olan Çinin “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

QSC-dən bildirilib ki, həm “AZCON Holding”, həm ASCO nümayəndələrinin iştirak etdiyi görüşdə multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı, birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər.

Qeyd edək ki, Çindən olan nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən logistika və nəqliyyat müəssisələri ilə tanışlıq, investisiya imkanlarının öyrənilməsi, beynəlxalq idxal-ixrac ticarəti sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031