Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Pərvin Səidova: “Laboratoriya testləri ailə planlaşdırılmasında həlledici rol oynayır”

Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Pərvin Səidova: “Laboratoriya testləri ailə planlaşdırılmasında həlledici rol oynayır”
- Doktor, laboratoriya testləri reproduktiv sağlamlıqda hansı rola malikdir?
- Laboratoriya şəraitində aparılan test (analizlər) reproduktiv sağlamlıqda mühüm rola malikdir. Bu testlərin diaqnoz, yoxlama və müəyyən vəziyyətlərdə aşkarlanma və qarşısını alma funksiyaları mövcuddur. Onlar bizə hormonal vəziyyət, infeksiyalar və hətta genetik risklər baradə obyektiv məlumat bazası təqdim edir.
Aparılan analizlərin növündən asılı olaraq onların hər biri fərdlərin istənilən həyat dövründə - yeniyətməlikdən başlayaraq, qadınlarda menopauza dövrünə qədər mühümdür.
- Qadınlar üçün ən çox hansı testlər təyin edilir?
- Laboratoriya testləri qadınların reproduktiv sağlamlığının monitorinqində və qorunmasında, hormonal balanssızlıqların, infeksiyaların, həmçinin hamiləlikdə dölün və qadının ümumi rifahının qorunmasına təsir edə biləcək əsas şərtlərin aşkar edilməsində vacib rol oynayır.
Ümumi testlərə yumurtalıq funksiyası və menstrual sağlamlığı qiymətləndirmək üçün Follikul Stimulaşdırıcı Hormon (FSH), Lüteinləşdirici Hormon (LH), estrogen və progesteron kimi hormon panelləri daxildir. Pap-smear (Pap-yaxma) və HPV skrininqi kimi testlər uşaqlıq boynu anomaliyalarının və xərçəng risklərinin erkən əlamətlərini müəyyən etməyə kömək edir. Bundan əlavə, cinsi yolla ötürülən infeksiyalar (CYBİ) testi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun müəyyən olunması və müalicəni təmin edir. AMH (Anti-müllerian hormon) səviyyələri kimi digər ixtisaslaşdırılmış testlər, yumurtalıq ehtiyatını qiymətləndirə bilər, məhsuldarlığın planlaşdırılması ilə bağlı qərarları dəstəkləyir.
Eyni zamanda, ailə planlaşdırılmasında cütlüklərin hamiləlik planlaşdırılması prosesində genetik skrininqlər də icra edilir.
- Kişilərin reproduktiv sağlamlığı sahəsində hansı testlər mövcuddur?
- Ən geniş yayılan testlər arasında spermoqramma analizi var. Bu analiz spermlərin sayı, morfologiyası (quruluşu) və həcmi baradə məlumatların öyrənməsinə kömək edir. Hormonal səviyyələrin ölçülməsində isə testeron, folikul stimullaşdırıcı hormon, Lh səviyyələri yoxlanaraq, endokrin vəziyyət təhlil olunur. Bu təhlil çoxalma və cinsi funksionallıq baradə məlumat bazası təqdim edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: