azturkxeber.az
http://azturkxeber.az

Əfqanıstan Ticarət və İnvestisiya Palatası ilə görüş keçirilib

07-07-2025

Görüşdə Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə olunub.

Şuşada keçirilən 6-cı İƏT biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Əfqanıstan Ticarət və İnvestisiya Palatası arasında görüş baş tutub.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Qarabağın qədim tarixi, zəngin mədəni irsi barədə məlumat verib, daha sonra Agentliyin fəaliyyəti və əsas prioritet istiqamətləri haqqında danışıb. Əfqanıstan Ticarət və İnvestisiya Palatasının sədri Təvakol Əhmədyar Əfqanıstan nümayəndə heyətinin Şuşaya səfərindən məmnunluğunu ifadə edərək, ölkəsinin Azərbaycana daha çox investisiya yatırmaqda maraqlı olduğunu bildirib.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri və potensial investisiya tərəfdaşlığı nəzərdən keçirilib, gələcək əməkdaşlıq üçün atıla biləcək addımlar müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031