azturkxeber.az
http://azturkxeber.az

ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb

07-07-2025

ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb

Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Türkmənistan mediasında olduqca geniş şəkildə işıqlandırılıb.

Ofisi Türkmənistanda yerləşən nüfuzlu "News Central Asia" informasiya portalında, eləcə də ölkənin "Orient", "Turkmenportal", "Ashgabattimes" və "Atavatanturkmenistan" internet informasiya resurslarında Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, Zirvə görüşündə iştirakı və çıxışı barədə materiallar dərc olunub.

Materiallarda “ECO həftəsi” çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Füzulidə isə İşgüzar Forum keçirilməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu xüsusi maraqla izləyiblər.

Dərc olunan yazılarda Azərbaycanın iqtisadi inkişafı, müstəqil xarici siyasəti və ECO daxilindəki fəal rolu nəzərə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük beynəlxalq nüfuza malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031