azturkxeber.az
http://azturkxeber.az

Daxili İşlər Nazirliyinin "Rəqəmsal Gənclər" Təqaüdü

07-07-2025

Daxili İşlər Nazirliyi və IDTECH MMC-dən ortaq təşəbbüs: Gənclər üçün yeni təqaüd proqramı elan olundu.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ölkənin qabaqcıl texnologiya təhsil mərkəzlərindən biri olan IDTech Academy, gənc nəslin texnologiya sahəsində inkişafına dəstək olmaq və polis sıralarına qoşulacaq əməkdaşların müasir bilik və bacarıqlarla təmin olunması məqsədilə birgə təqaüd proqramını elan ediblər.

Bu təşəbbüs, gələcəyin İT mütəxəssislərini hazırlamaq və yüksək potensiala malik gənclərə keyfiyyətli, müasir və praktik yönümlü texnologiya təhsili üçün bərabər imkanlar yaratmaq məqsədi daşıyır.

Təqaüd proqramı çərçivəsində:

- Gənclər kibertəhlükəsizlik, süni intellekt, məhsul sahibliyi, QA testləşdirmə, İT Biznes Analitikası və Linux sahələri üzrə təlimlərə cəlb olunacaqlar;

- Təlimləri uğurla tamamlayan iştirakçılar Daxili İşlər Nazirliyinin sıralarına və özəl sektorda fəaliyyət göstərən müvafiq şirkətlərə istiqamətləndiriləcəklər;

- Seçilmiş iştirakçılar üçün təhsil haqqının 60%-i Daxili İşlər Nazirliyi tərəfindən qarşılanacaq.

Proqram barədə ətraflı məlumat və qeydiyyat şərtləri üçün əlaqə saxlaya bilərsiniz.

Əlaqə: +99410 333 23 24

+99410 333 23 26

E-mail: info@idtech.edu.az

Web: www.idtech.edu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031