azturkxeber.az
http://azturkxeber.az

Çexiyada Yan Husun dəhşətli qətlinin 610-cu ildönümü qeyd olunur

07-07-2025

Çexiyada Yan Husun dəhşətli qətlinin 610-cu ildönümü qeyd olunur

1415-ci il iyulun 7-də çexlərin məktəb dərslikləri vasitəsilə yaxşı xatırladığı tarixi tarixlərdən biridir. BU tarix Almaniyanın Konstans şəhərində kilsə şurasının fərmanı ilə Yan Husun tonqalda diri-diri yandırıldığı gündür. O, çex vaiz kilsənin mənəvi tənəzzülü ilə bağlı tənqidindən vaz keçməkdən imtina edib və bidətçi kimi ölümə məhkum edilib. Husun külləri Reyn çayına atılıb.

Bu faciəli ölümü Yan Husu milli qəhrəmana çevirib və onun adı ilə bağlı inqilaba və müharibələrə səbəb olub. İslahatçı və vaiz Yan Husun məşhur devizi - “Həqiqət zəfər çalır” sözləri ölkə prezidentinin bayraqdarına həkk olunub.

Çexiyanın Baş naziri Petr Fiala ildönümü ilə bağlı “X” sosial platformasında paylaşımında qeyd edib: “Yan Hus tariximizin ən görkəmli simalarından biridir. Onun taleyi ilə bağlı məni ən çox cəlb edən öz fikirlərini müdafiə etmək üçün göstərdiyi rəşadət və cəsarətdir. O, öz ideyalarının əvəzini həyatı ilə ödəyə biləcəyini bilirdi, amma buna baxmayaraq, vicdanının səsi ilə hərəkət etdi. Onun irsi əsrlər boyu bizlərə həqiqətin, dəyərlərin və etiqadların müdafiə olunmasının vacibliyini xatırlatmaqda davam edir”.

AZƏRTAC xəbər verir ki, protestantların atası sayılan Yan Husun tonqalda yandırılmasının ildönümü təkcə Çexiyada deyil, onun 610 il əvvəl edam edildiyi Konstansda da qeyd olunur. Boden gölünün sahilindəki şəhər çex tərəfdaşları ilə birlikdə mədəni tədbirlər hazırlayıb. Konstansdakı Hus evinin direktoru Aleksandra Pyeşlyanın sözlərinə görə, bu gün orada Hus Daşına əklil qoyulması mərasimi keçirilir. Ötən il muzeyi 11 mindən çox insan ziyarət edib ki, onların da təxminən yarısı Çexiyadan olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031