azturkxeber.az
http://azturkxeber.az

Bosniya və Herseqovinada meşə yanğınları ilə mübarizə aparılır

07-07-2025

Bosniya və Herseqovinanın müxtəlif bölgələrində meşə yanğınları ilə mübarizə davam edir.

Serbska Respublikasında Trebinye yaxınlığındakı yanğının söndürülməsində helikopter və mülki müdafiə qüvvələri iştirak edir. İki istiqamətə yayılan yanğın ətrafdakı yaşayış məntəqələri üçün təhlükə yaratmır. Leotar dağına doğru yayılan yanğının söndürülməsi əlçatmaz ərazilər səbəbindən çətinləşir.

Bundan başqa, Serbska Respublikası ilə Monteneqro arasındakı sərhəd bölgəsində - Qornyi Çrkviç və Toviçdə meşə yanğınları dörd gündür davam edir. Bölgəyə Monteneqrodan da mülki müdafiə qüvvələri göndərilib. Güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur.

Həmçinin Srebrenitsa yaxınlığında, Drina kanyonunda da əlçatmaz ərazilərdə meşə yanğınları baş verib. Külək yanğını gücləndirib, qayalıqlar boyu yayılmasına səbəb olub. Yanğının ətrafdakı yaşayış məntəqələrinə çatmaması üçün bütün qüvvələr səfərbər edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031