azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib

04-07-2025

Qəbələ şəhərində Gənclər və İdman Nazirliyi (GİN), Müstəqil Dövlətlər Birliyinin (MDB) birgə təşkilatçılığı ilə “Qəbələ - MDB-nin Gənclər Paytaxtı 2025: Müxtəlifliyin və birliyin təntənəsi” beynəlxalq proqramı çərçivəsində MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib.

GİN-dən verilən məlumata görə, gənclər və idman nazirinin müavini və MDB-nin Gənclərlə iş üzrə Şurasının sədri İndira Hacıyeva MDB ölkələri arasında gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından iclasın əhəmiyyətini vurğulayıb.

Toplantıda MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumi siyasi və sosial məsələlər departamentinin mədəniyyət, idman, turizm və gənclərlə iş sahəsində əməkdaşlıq şöbəsinin müdiri Tatyana Kovalyova, o cümlədən MDB iştirakçı dövlətlərinin gənclər işinə məsul qurumlarının rəhbər vəzifəli şəxsləri və nümayəndələri əyani və onlayn şəkildə iştirak ediblər.

İclas çərçivəsində gündəlikdə duran 12 məsələ üzrə müvafiq məruzələr dinlənilib, gənclər sahəsində görülmüş işlərlə bağlı təqdimatlar nümayiş olunub və müzakirələr aparılaraq gündəlikdə duran məsələlər üzrə Qərar layihəsi qəbul olunub.

“Qəbələ - MDB-nin Gənclər Paytaxtı 2025: Müxtəlifliyin və birliyin təntənəsi” beynəlxalq proqramı çərçivəsində tədbirlər davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031