azturkxeber.az
http://azturkxeber.az

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb

03-07-2025

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar.

Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031