azturkxeber.az
http://azturkxeber.az

Çinin avtomobil istehsalçısı Macarıstan bazarında iştirakını gücləndirir

03-07-2025

Çinin avtomobil istehsalçısı Macarıstan bazarında iştirakını gücləndirir

Çinin “BYD” şirkəti bu ilin yanvar-aprel aylarında Macarıstanda 558 elektromobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə çoxdur.

BYD-nin bazar seqmentində payı 17,9 faizə çatıb. Bununla da, Çin avtomobil istehsalçısı 21,5 faiz payla seqment lideri olan “Tesla”ya yaxınlaşıb.

Yanvar-aprel aylarında BYD minik və kommersiya avtomobillərinin satışı 757 ədədə çatıb.

2024-cü ildə şirkətin Macarıstanda satışları 1548 ədəd təşkil edib ki, bu da istehsalçıya 1,37 faiz bazar payını təmin edib. Bu il bu rəqəm iki, hətta üç dəfə də arta bilər, - deyə “BYD PR Hungary” xəbər verir.

BYD bu yaxınlarda Avropada əlçatan olan səkkizinci modeli “Dolphin Surf” adlı şəhər kompaktını təqdim edib.

Şirkət Segeddə Avropada ilk istehsal zavodunu tikir, Macarıstanda biznes və layihələr mərkəzi yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031