azturkxeber.az
http://azturkxeber.az

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı keçirilib

03-07-2025

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı keçirilib

Türkiyədə keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı təşkil olunub.

Türkiyənin Konya vilayətində keçirilən konfransda hərbi pilot, general-mayor Mete Kuş təlimlə bağlı media nümayəndələrinə məlumat verib. General-mayor builki təlimin müasir, dinamik və çoxşaxəli əməliyyat mühiti əsas götürülərək planlaşdırıldığını və ilk dəfə müharibədən öncəki böhran mühitini əhatə edən ssenarilərin real uçuşlarla canlandırıldığını bildirib.

O qeyd edib ki, konvensional əməliyyat çərçivəsində keçirilən beynəlxalq təlimdə ilk dəfə yalnız pilotsuz uçuş aparatları (PUA) birbaşa bombardmançı rolunda iştirak edib.

Bildirilib ki, builki təlimə 30-u beynəlxalq, 45-i yerli olmaqla, ümumilikdə, 75 hava və dəniz vasitəsi, eləcə də 1000-dən çox şəxsi heyət qatılıb.

Brifinqdən sonra jurnalistlər onlar üçün ayrılmış sahədə Türkiyə, Azərbaycan, Qətər, Macarıstan, İordaniya, Səudiyyə Ərəbistanı, ABŞ və NATO-ya məxsus hava qüvvələrinin enmə və qalxış manevrlərini, Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları”nın nümunəvi uçuşunu izləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031