azturkxeber.az
http://azturkxeber.az

İƏT Qadınlar Forumu İştirakçılarının Laçın səfəri

02-07-2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun iştirakçıları 1 iyul 2025-ci il tarixində Laçın şəhərinə səfər edib.

Səfər zamanı İƏT üzv dövlətləri, İƏT qurumları və beynəlxalq təşkilatları təmsil edən 100-dən artıq nümayəndə işğaldan azad olunmuş Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olublar.

Ekskursiya çərçivəsində iştirakçılar Həkəri bulvarını ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri üçün Azərbaycan mədəniyyətini əks etdirən ziyafət və mədəni-əyləncəli proqram təşkil olunub.

Qeyd edək ki, Forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031