azturkxeber.az
http://azturkxeber.az

Ukraynanın nüfuzlu “UA Perşiy” telekanalında Rusiyanın şovinist siyasəti pislənilib

01-07-2025


Ukraynanın nüfuzlu birinci milli kanalında (“UA Perşiy”) telekanalında Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı faşist siyasətinə dair süjet yayımlanıb.

Verilişdə Azərbaycanın Ukraynadakı diaspor fəalı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin üzvü Rəşad Tağıyevin Yekaterinburqda baş verənlərə dair mövqeyi də yayımlanıb.

R.Tağıyev qeyd edib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda soydaşlarımıza qarşı qanuna sığmayan amansız rəftar göstəriblər. Bunun nəticəsində iki azərbaycanlı qətlə yetirilib.

“Bu, Rusiya dövlətinin faşist, şovinist siyasətinin nəticəsidir”, - deyə Rəşad Tağıyev telekanala açıqlamasında bildirib. Onun sözlərinə görə, bir müddət öncə Rusiyanın Qroznu şəhəri səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarə vurulduqdan sonra Azərbaycana qarşı iyrənc təxribatlar davam edib.

Verilişdə aparıcılar Bakıda “Sputnik-Azərbaycan” informasiya agentliyində aparılan reydlər zamanı Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşının saxlanılması, Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərin ləğvi barədə də məlumat veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031