azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova: Bu forum ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir

01-07-2025

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu parlamentlərimiz üçün çox əlamətdar bir hadisədir. Bunu Özbəkistanın Xivə şəhərində birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt təkcə parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyil, həm də ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir.

Milli Məclisin sədri bu forumun səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə, aparılan müzakirələrin parlamentlərarası əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verəcəyinə inamına ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031