azturkxeber.az
http://azturkxeber.az

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

01-07-2025

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.

Azturkxeber.az əldə etdiyi məlumata görə, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb.

Tərəflərdən əldə etdiyimiz məlumata görə, hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib.

İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.

Qeyd edək ki, ittiham sübuta yetirilərsə, İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031