azturkxeber.az
http://azturkxeber.az

Millimiz bu gün finalda Macarıstan seçməsi ilə üz-üzə gələcək

01-06-2025

Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.

Günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.

Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.

1 iyun

Minifutbol üzrə dünya çempionatı

Üçüncü yer uğrunda mübarizə

Saat 18:00, Monteneqro - Serbiya.

Final

Saat 20:00, Azərbaycan - Macarıstan.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30