azturkxeber.az
http://azturkxeber.az

U-16 oğlan millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb

30-05-2025

25 maydan etibarən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına start vermiş U-16 millimiz 29 may tarixində hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb.

Azturkxeber.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində bir neçə yerli klubla hazırlıq oyununda da öz gücünü sınaqdan keçirib. Hazırlıq oyunlarında millimizin baş məşqçisi Erhan Toker bütün basketbolçulara şans verərək komandanın ümumi potensial gücünü yoxlayıb. Bundan əlavə millimiz Türkiyə çempionatında baş tutmuş "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləmək şansı da əldə edib. Qeyd edək ki, hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031