azturkxeber.az
http://azturkxeber.az

Balakəndə 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

30-05-2025

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə “Günel” adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031