Türkiyənin Rumıniyadakı səfirliyi və Yunis Əmrə İnstitutunun Buxarest filialının birgə təşkilatçılığı ilə Buxarestdə keçirilən IV Türk mətbəxi həftəsində ölkəmiz təmsil olunub.
Rumıniya Milli Teatrında baş tutan təqdimatda Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə milli mətbəximizin ən dadlı təamları qonaqlara təqdim edilib.
Milli yeməklərimiz və şirniyyatlarımız, xüsusilə “Şah plov”un təqdimatı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 2022-ci ildən etibarən Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi altında hər il Türkiyədə, o cümlədən bütün dünyada təşkil edilən Türk mətbəxi həftəsi bu il “Türk mətbəxinin klassik yeməkləri”nə həsr olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Ankaradakı Amerikan məktəbində beynəlxalq festivalda təmsil olunub