Araz Musayevin bıçaqlanmasına görə 5 nəfər saxlanıldı
Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.
Bu barədə Azturkxeber.az “Haber Türk”ə istinadən xəbər verir.
Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.
Məlumata görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.