azturkxeber.az
http://azturkxeber.az

“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsinin nəticələri elan olunub

16-05-2025

“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi – Qabiliyyət imtahanının nəticələri elan olunub. 1124 namizədin iştirak etdiyi imtahanda 205 nəfər final mərhələsinə keçmək hüququ qazanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qabiliyyət imtahanı 3 istiqamətdə testlərlə - Verbal, Rəqəmsal və Abstrakt təhlil üzrə aparılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031